RU

“Qərbi Azərbaycanın Səsi”nin əhəmiyyəti hiss olunur

“Qərbi

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Departasiya Qurbanları Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Qərbi Azərbaycanın Səsi” layihəsinin bağlanış mərasimi keçirilib.

Reyting.az
bildirir ki, tədbirin həyata keçirilməsinə verdiyi dəstəyə görə Yasamal rayon bələdiyyəsi xüsusi təşəkkürlə qeyd olunub.

Tədbiri Departasiya Qurbanları Cəmiyyətinin sədri Köçəri Nağıyev açıq elan edərək layihənin gedişi, seminarların nəticələri və gənclərin bu prosesdə göstərdiyi fəallıqdan bəhs edib. O, Qərbi Azərbaycan həqiqətlərinin gənc nəsillərə çatdırılmasının milli yaddaşın qorunması üçün mühüm addım olduğunu vurğulayıb.

Səmat Mirzəyev çıxış edərək Qərbi Azərbaycan irsinin qorunmasının yalnız dövlətin deyil, həm də hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib. O, gənclərin bu layihədə göstərdiyi təşəbbüskarlığı yüksək qiymətləndirib.

Ruhiyyə Bayramova Qərbi azərbaycanlıların adət-ənənələrinin, xüsusilə də qadınların bu dəyərlərin yaşadılmasındakı rolunun önəmini vurğulayıb.

İsmayıl Ağayev layihənin könüllü təşkilat komitəsinin üzvü kimi gənclərin fəal iştirakını təqdir edib. O, seminarlarda gənclərin öz baxış bucaqlarını bölüşməsinin mövzunun daha canlı təqdim olunmasına töhfə verdiyini deyib.

Çıxış edən Rauf Zeyni vətəndaş cəmiyyəti nümayəndəsi kimi layihənin ictimai əhəmiyyətinə diqqət çəkərək, bu cür təşəbbüslərin Qərbi Azərbaycan mövzusunun həm yerli, həm də beynəlxalq səviyyədə tanıdılmasına böyük töhfə verdiyini söyləyib.

Digər çıxışçı Qızbəs Şirinova Qərbi Azərbaycanın tarixi həqiqətlərinin unudulmamasının mənəvi məsuliyyət olduğunu dilə gətirib.

Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam edib, sonda çay süfrəsi ətrafında qonaqlar, KİV nümayəndələri və ictimaiyyət nümayəndələri layihənin gələcək perspektivlərini müzakirə ediblər.
Избранный
16
3
reyting.az

4Источники