RU

Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketini niyə təxirə salıb?

Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiyalar paketi əvvəldən planlaşdırıldığı kimi çərşənbə günü təqdim edilməyəcək. 

HİT.az xəbər verir ki, bu barədə “Politico” Aİ diplomatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, sanksiyalar paketi ABŞ prezidenti Donald Trampın və Avropa İttifaqının özünün Rusiya neftindən asılılığın azaldılması tələbi ilə Slovakiya və Macarıstana təzyiqləri fonunda Coreper II - Üzv Dövlətlərin Hökumətlərinin Daimi Nümayəndələri Komitəsinin gündəliyindən çıxarılıb.

"Məlumat bazar ertəsi günortadan sonra paytaxtlara çatdırılıb, sanksiyaların nə vaxt elan ediləcəyi barədə heç bir təfərrüat yoxdur. Avropa Komissiyasının sözçüsü şərh verməkdən imtina edib", deyə "Politico" yazıb.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen daha əvvəl bildirmişdi ki, Rusiyaya qarşı 19-cu sanksiyalar paketi “sentyabrın əvvəlində” qəbul ediləcək. O, əmin edib ki, Aİ diktator Vladimir Putini danışıqlar masasına oturmağa məcbur etmək üçün Rusiyanın hərbi iqtisadiyyatına təzyiq göstərməyə davam edəcək. Həmçinin, fon der Leyenin sözlərinə görə, Trampla bu məsələ ilə bağlı iş gedir.

Daha sonra "Bloomberg" 19-cu paketin tətbiqindən sonra Moskvanı hansı məhdudiyyətlərin gözlədiyini açıqlayıb. Xüsusilə, Rusiyanın ödəniş və kredit kartları sistemlərinə, kriptovalyuta birjalarına qarşı sanksiyaların tətbiqi planlaşdırılırdı. Bundan əlavə, Aİ Rusiya ilə neft ticarətinə əlavə məhdudiyyətlər qoya bilər.

Avropa Komissiyası sentyabrın 12-nə qədər Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcəyini vəd edib.Lakin həmin gün Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, Avropa İttifaqı işğalçı ölkəyə qarşı 19-cu məhdudiyyətlər paketi üzərində artıq işi demək olar başa çatdırıb.

Samir

Избранный
87
50
hit.az

10Источники