RU

Yeni və təkmilləşdirilən zirehli texnikalar Rusiya Müdafiə Nazirliyinə çatdırılıb

“Rоstex” Dövlət Korporasiyasının “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi BMP-3 piyada döyüş maşınlarının (PDM) yeni partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

“Poliqon” “Rоstex”ə istinadən xəbər verir ki, həmçinin əsaslı təmir və modernizasiya edilmiş BMD-2 desant maşınları da Rusiya MN-ə çatdırılıb.

““Rostex” müəssisələri gecə-gündüz zirehli texnika istehsal edir. İşçilər xüsusi hərbi əməliyyat zonasında istifadə təcrübəsini nəzərə alaraq döyüş maşınlarının təkmilləşdirilməsini davam etdirirlər. Rusiya hərbçilərinin heyətləri BMP və BMD-ləri hərəkətliliklərinə, yüksək atəş gücünə və hətta ən çətin şəraitdə belə istifadəsinin asanlığına görə yüksək qiymətləndirirlər”, – deyə “Rostex”in silah, sursat və xüsusi kimyəvi maddələr klasterinin sənaye direktoru Bekxan Ozdoyev bildirib.

Избранный
36
poliqon.az

1Источники