RU

Zelenski Putinlə danışıqlara razılıq verdi 

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, "Sky News" telekanalına müsahibəsində danışıb.

Zelenskinin sözlərinə görə, o, üç prezidentin, həmçinin ABŞ prezidenti Donald Trampın da iştirak edəcəyi üçtərəfli görüşə razıdır.

Ukrayna lideri danışıqların Moskvada keçirilməməsi şərtini irəli sürüb.

Xatırladaq ki, bir gün əvvəl Zelenski Rusiya lideri ilə danışmağa hazır olduğunu açıqlayıb, lakin bunu amerikalılar və ya avropalılar vasitəsilə etməyəcəyini vurğulayıb. O, danışıqların onların dəstəyi ilə, lakin vasitəçiliyi olmadan baş tutacağını aydınlaşdırıb.

Musavat.com

Избранный
24
musavat.com

1Источники