RU

Ədliyyə Nazirliyinin Baş İdarə rəisi: Bələdiyyələrin birləşdirilməsi prosesi yekunlaşmaq üzrədir

Hazırda bələdiyyələrin birləşdirilməsi prosesi yekunlaşmaq üzrədir.

APA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov deyib.

Elmin Həsənov bildirib ki, yerlərdə komissiyalar artıq işini yekunlaşdırır: “Təhlillər yekunlaşandan sonra artıq hökumətə Ədliyyə Nazirliyi tərəfindən məktub ünvanlanacaq. Paralel olaraq, yeni yaradılan bələdiyyələrin nizamnaməsinin hüquqi aktların siyahısına daxil edilməsi üçün iş görülməkdədir. İlin sonuna qədər bu məsələni də yekunlaşdırmağı planlaşdırırıq. İlin sonuna qədər həm bələdiyyələrin birləşdirilməsi, həm də nizamnamələrin hazır olması prosesi yekunlaşacaq”.

Избранный
67
2
apa.az

3Источники