RU

Azərbaycan xaricə kartof ixraxını - 47% ARTIRIB

Bu ilin ilk 8 ayında Azərbaycandan 28,2 milyon dollar həcmində 70 min 916 ton kartof ixrac edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 7,7 milyon dollar və ya 37,6%, miqdar ifadəsilə isə 22 min 682 ton, başqa sözlə 47% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 20,5 milyon dollar dəyərində 48 min 234 ton kartof ixrac olunmuşdu.

Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi kartofun 1 kiloqramının orta ixrac qiyməti 68 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 72 qəpik idi. Bu da illik müqayisə ilə 4 qəpik və ya 5,6% ucuzlaşma deməkdir.

Bu il 8 ayında ümumi ixracın 0,17%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,18%-i kartofun payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,11% olub.


Избранный
11
1
fed.az

2Источники