RU

Vuçiç: Serbiyada “Maydan” hazırlanması ilə bağlı Rusiya kəşfiyyatı ilə əlaqə saxlayacağıq

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Serbiya Prezidenti Aleksandar Vuçiç Avropa ölkələrinin ölkədə “Maydan” hazırlaması ilə bağlı məlumata görə, Rusiya Xarici Kəşfiyyat Xidmətinə (SVR) təşəkkür edib və Serbiya kəşfiyyatının bu barədə rusiyalı tərəfdaşları ilə əlaqə saxlayacağını bildirib.

APA TASS-a istinadən xəbər verir ki, Vuçiç Yaponiyaya səfəri zamanı Serbiya mətbuatına verdiyi açıqlamada bu barədə danışıb.

“Rusiyalı tərəfdaşlarımıza məlumat üçün təşəkkür edirik. Bizim xidmət onlarla əlavə əlaqə saxlayacaq. Biz Serbiyanı qoruyacağıq, müdafiə edəcəyik və təhlükəsizliyini təmin edəcəyik”, - Vuçiç deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
49
5
apa.az

6Источники