RU

Hava limanına taksi girişinə niyə məhdudiyyət qoyulub?

Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində fəaliyyət göstərən taksilərlə bağlı suallar ictimai müzakirələrə səbəb olub.

Taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri və onların sürücüləri üçün qanunvericilikdə müvafiq tələblər müəyyən edilib. Taksi operatorları ilə qurulmuş səmərəli əməkdaşlıq nəticəsində bu tələblərin tam şəkildə tətbiq olunması istiqamətində məqsədyönlü işlər davam etdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər artıq müsbət nəticəsini göstərməkdədir.

Bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) hava limanında taksi şirkətlərinin fəaliyyətinə məhdudiyyət qoyulması və nəticədə qiymətlərin kəskin artması ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq bildirilib.

“Bu çərçivədə Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində sərnişinlərə nümunəvi xidmətin təmin olunması məqsədilə qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl edilməsinin vacibliyi bütün taksi operatorlarının diqqətinə bir daha çatdırılıb.

Qeyd olunan taksi şirkətləri məsuliyyətlərini qəbul edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə bu istiqamətdə əlavə tədbirlərin icrasına başlayıb”, - cavabda bildirilib.

Избранный
30
3
axar.az

5Источники