RU

Azərbaycan komandası dünya robotexnika finalında qızıl və gümüş medal qazanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 2-də Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və AREA Akademiyasının təşkilatçılığı ilə gənclərimizdən ibarət komanda Hindistanın Noida şəhərində dünyanın ən böyük robototexnika çempionatı - "TechnoXian World Cup 9.0" da iştirak edib.
Komanda yarışda yüksək nəticələr nümayiş etdirərək qızıl və gümüş medallara layiq görülüb. Belə ki, dünyanın müxtəlif ölkələrindən 12 min finalçının iştirak etdiyi mötəbər yarışmada Azərbaycan komandası Qrand Çempionat - Dron Yarışı (PUA) üzrə dünya çempionu titulunu qazanıb, RC Craft (Aviamodelizm) üzrə isə dünya ikincisi olub. Bundan əlavə, gənclərimiz ölkəmizi 8 komanda ilə təmsil edərək Azərbaycanın adını beynəlxalq arenada bir daha yüksəldib. Çempionat çərçivəsində Azərbaycanlı gənclər tərəfindən təqdim edilən ideya və texnoloji həllər beynəlxalq münsiflər və izləyicilər tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycan komandasının sözügedən yarışda əldə etdiyi uğurlar ölkənin robototexnika və süni intellekt sahəsində yüksələn gücünü və bu istiqamətdə atılan addımların müsbət nəticələr verdiyini bir daha təsdiqləyir.
Избранный
40
50
oxu.az

10Источники