RU

Əliyar Ağayev “Bayer”in oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

News365.az xəbər verir ki, o, Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda keçiriləcək “Kopenhagen” (Danimarka) – “Bayer” (Leverkuzen, Almaniya) matçının baş hakimi olacaq. 

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma sentyabrın 18-i saat 20:45-də start götürəcək.  

Избранный
66
3
news365.az

10Источники