RU

Evdə yanğınsöndürən balondan necə istifadə olunmalıdır?

"Hər bir evdə yanğınsöndürən balon olmalıdır". 

Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, istər həyət evlərində, istərsə də bina evlərində yanğınsöndürən balon saxlamaq təhlükəsizlik baxımından lazımdır:

"Bu, yanğın təhlükəsinə qarşı atılacaq ən yaxşı addımlardan biridir. Çünki yanğınsöndürən balonla baş verəcək yanğın anında ilkin müdaxilə etmək olar. Bununla alovun qarşısı alına və ya daha geniş əraziyə keçməsi əngəllənər".

Ekspert qeyd edib ki, evlərdə 6 kiloqramlıq yanğınsöndürmə balonları olmalıdır:

"Məsələn, nəliyyat vasitələrində 2 kiloqramlıq yanğınsöndürmə balonları olur. Bu, qanunla müəyyən olunub. Evdə isə 2 yox, 6 kiloqramlıq standart yanğınsöndürmə balonları saxlamaq lazımdır. Əlbəttə ki, bu da öz növbəsində yanğın təhlükəsizliyi baxımından məqsədəuyğun hesab edilir. Hətta yanğın anında qonşular da belə balonlarla köməyə gəlsə, alovun geniş miqyasda yayılmasının qarşısı alınar".

381985

Mütəxəssis vurğulayıb ki, yanğın zamanı ilkin müdaxilələri etmək çox mühümdür:

"Evdəki hər kəs, azyaşlı və yaşlılar belə yanğınsöndürmə balonlarından istifadə qaydalarını bilməlidirlər. Nəzərə almaq lazımdır ki, 6 kiloqramlıq bir balon 3-5 kvadratlıq bir ərazidə baş vermiş yağını söndürə bilir. Təbii ki, 3-4 balon olsa və qonşular də köməyə gəlsələr yanğınsöndürənlər gələnə qədər ilkin mərhələdə alovu söndürmək olar".

Elmar Nurəliyev yanğınsöndürən balondan istifadə qaydalarını da izah edib:

"Evdəki hər kəs bu qaydaları yaxşı bilməlidir. Çünki bu, yanğın anında ilkin müdaxilə üçün çox əhəmiyyətli rol oynayır. 

Ümumiyyətlə, yanğınsöndürən balondan istifadə qaydası çox sadədir. Balonun üzərində olan plombu qırıb, tətiyi çəkib, şlanqı alovun mənbəyinə tutmaq lazımdır. Bununla yanğının söndürülməsi təmin edəcək. Onu da unutmayın ki, 6 kiloqramlıq bir yanğınsöndürmə balonunun istifadə müddəti 12-15 saniyədir".

Pərviz

Избранный
19
hit.az

1Источники