RU

Deputatlar ana dilinin qaydalarına riayət olunmamasından hiddətləndilər

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ana dilinin qorunması əsas hədəflərdən biridir, lakin özəl sektorun bəzi hissələrində dil normaları pozulur və qaydalara əməl edilmir.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə keçirilən iclasda deyib. Komitə sədri əlavə edib ki, dövlət dili əsas normativ dil kimi tətbiq olunacaq.

Deputat Aydın Mirzəzadə də Azərbaycan dilinin özəl sektorda ciddi şəkildə pozulduğunu vurğulayıb. O əlavə edib ki, xüsusən Bakıda bəzi küçə və prospektlər elə şəxslərin adını daşıyır ki, ictimaiyyət onları tanımır: “Küçə və prospektlərin adını daşıyan şəxslərin kimliyi barədə məlumat yoxdur. Həmin küçələrdə məlumat lövhəsi yerləşdirilsə, bu, həm tarixin öyrənilməsi, həm də gənclərdə vətənpərvərlik ruhunun təbliği baxımından mühüm rol oynayar”.

Deputat Tahir Rzayev isə qeyd edib ki, elə küçə adları var ki, insanlar üçün yad səslənir: “Təklif edirəm ki, bələdiyyələr həmin küçələrin adlarının dəyişdirilməsi barədə Milli Məclis qarşısında məsələ qaldırsın. Azərbaycanın yetərincə tanınmış tarixi şəxsiyyətləri, ziyalıları və Vətən uğrunda qəhrəmancasına döyüşən qəhrəmanları var. Onların adlarının küçələrə verilməsi daha məqsədəuyğun olardı. Bu istiqamətdə işlər görülür, amma proses sürətləndirilməlidir”.

Deputat Səttar Mehbalıyev isə küçələrdə reklamların xarici dillərdə yerləşdirilməsindən narazılığını ifadə edib: “Müvafiq qurumlar belə hallara qarşı ciddi tədbirlər görməlidir. Reklamlar ilk növbədə Azərbaycan dilində olmalıdır”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
1
olke.az

2Источники