RU

6 uşağı məktəbə gedən ata danışdı: Anamın 50 nəvəsi var...

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"41 yaşım, 7 uşağım var, 6-sı məktəbə, biri isə bağçaya gedir. Heç nədən də əskiyim yoxdur, uşaqları verən Allah ruzisini də yetirir".

Bunu Qaynarinfo-ya açıqlamasında Zərdab rayonunda 7 uşağı olan ata Amil Mustafayev deyib.

Amil Mustafayev bilidrib ki, özü idman müəllimi, həyat yoldaşı isə xanəndədir, musiqi məktəbində müəllim işləyir, muğam şöbəsinin müdiridir:

"Çox şükür, heç bir çətinliyimiz yoxdur. Uşaqların sayı 5 olanda dövlətdən heç bir yardım yox idi, qərara görə yardım 5 uşaqdan sonra verilir. Uşaqlarım planlı şəkildə olub, mən bunu uşaqpuluna görə etməmişəm. Şükür Allaha, həm yaşım, həm işim, həm davranışım pul qazanmağa imkan verir. Qazancımız ailə üçün bəs edir. Uşaqları özümüz istəmişik, kimsə bizim yerimizə qərar verəsi deyil ki. Planlı şəkildə, istəyərək 7 uşaq dünyaya  gətirdik".

Amil Mustafayev çoxuşaqlı ailədən olduğunu bildirib:

"Biz ailədə 13 uşağıq. Bəlkə də bunun da təsirləri olub. Hamımız yeri-yerindəyik, Avropada, Ukraynada yaşayanlarımız var. Biz harasa qonaq gedirik, orada iki uşaq görürük. Baxırıq ki, nə əsəbi yerindədir, nə də davranışığı, heç dolanışığı... Şükür ki, bizdə belə problemlər yoxdur. Uşaqlarım heç nədən korluq çəkmir, əlavə müəllim yanına da gedənləri var, hətta onların gəzməyini də yaddan çıxartmırıq".

Amil Mustafayev anasının 50 nəvəsi olduğunu bildirib:

"Atam rəhmətə gedib, anam sağdır, 50-yə yaxın nəvəsi və nəticəsi var".

Xatırladaq ki, bu il Zərdabın Sarıqaya kəndində bir ailədən 6 uşaq məktəbə gedib. Uşaqların atası Amil Mustafayev müəllimdir. 

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
57
qaynarinfo.az

1Источники