BAKI, 16 sentyabr. TELEQRAF
"Elə adamlar var ki, o rəhmətə gedəndə dəfn yeri tapmaq olmur".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, bələdiyyələrə dəfn yerinin ayrılması məsələsində səlahiyyətlər verilməlidir: "Çünki rəhmətə getmiş adamı bir ay saxlamaq olmaz ki?! Bu məsələdə onlara daha çevik qərar vermək üçün imkanlar yaradılmalıdır”.