RU

Bu il 491 xarici kvalifikasiya tanınmayıb -qurum rəhbəri


Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirdiyi brifinqdə mühüm məsələlər barədə danışıb. O qeyd edib ki, cari il ölkə ərazisində xarici kvalifikasiyanın tanınması üçün 3 480 müraciət əsasında ekspertiza həyata keçirilib.
SİTAT: "Nəticədə 2989 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. Eyni zamanda 491 xarici kvalifikasiyanın da ölkə ərazisində tanınması barədə mənfi rəy verilib. Mənfi rəylər ümumi rəqəmlərin 14 faizi edir. Hər halda maarifləndirmə tədbirləri nəticəsində bu rəqəmləri daha da azalda biləcəyimizi düşünürük".

Mətləb

Избранный
42
2
baki-xeber.com

3Источники