RU

Məktəblərdə ağıllı telefonlar qadağan olunur

“Məktəblərə ağıllı telefonların gətirilməsi qadağan olunacaq. Sadəcə zəng funksiyası olan adi telefonlardan istifadə etmək mümkündür, lakin dərs müddətində çantada saxlanmaq şərti ilə. Əlbəttə, tənəffüsdə, dərsdən əvvəl və sonra valideynlə və ya digər şəxslərlə əlaqə saxlamaq üçün onlardan istifadə edilə bilər. Ağıllı telefon istifadəsi isə tamamilə qadağan olunur. Bu qərara yaş məhdudiyyəti qoyulmur, bütün siniflərə şamil ediləcək”.

Demokrat.az xəbər verir ki, bu fikirləri AzTV-nin efirində yayımlanan “Günə davam” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu dərs zamanı mobil telefonlardan istifadəyə məhdudiyyət qoyulmasına münasibət bildirərkən deyib.

Избранный
21
1
demokrat.az

4Источники