Azxeber.com portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Azərbaycan təmsilçisi "Qarabağ” bu gün Çempionlar Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq. Komandamız Portuqaliya nəhəngi "Benfika” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Milli Məclisin deputatı Aqil Abbas matç ilə bağlı gözləntilərini AZXEBER.COM-a bölüşüb.
O bildirib ki, həmişə "Qarabağ”a inanıb:
"Bu oyunda da yenə "Qarabağ”a güvənirəm. "Qarabağ” Çempionlar Liqasından bizə sevinc gətirəcək.
Deputat deyib ki, nəticədən asılı olmayaraq qurban kəsəcək:
"Mən həmişə "Qarabağ” qalib gələndə doğulduğum kənddə qurban kəsirəm. Daha sonra onu imkansız ailələrə paylayıram. Axırıncı dəfə "Qarabağ” Çempionlar Liqasında düşəndə kəsmişəm. Hətta "Qarabağ” uduzanda belə qurban kəsirəm ki, Allah köməkləri olsun. Yenə də ənənəyə sadiq olaraq çox güman ki, qurban kəsəcəyəm”.
Şəhanə Ziyad
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.