FİFA referimiz Əliyar Ağayev UEFA-dan daha bir mühüm təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək 1-ci turun "Kopenhagen" (Danimarka) - "Bayer-04" (Almaniya) matçını idarə edəcək. Ona yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20.45-də start götürəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта