RU

Tanınmış şair reanimasiyaya yerləşdirildi – FOTO

“Atam reanimasiyadadır. Dünən əvvəlcə Sabunçu rayon xəstəxanasına, axşam saatlarında isə Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib”.

Tribunainfo.az xəbər verir ki, bunu Teleqraf-a şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva deyib.

 

Aynur Mehdiyevanın sözlərinə görə, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir.

 

“Vəziyyəti yaxşı deyil” – şairin qızı əlavə edib.

 

Şairin yaxın dostu, Azərbaycan Yazıçılar Birliyinin üzvü Umud Rəhimoğlu bildirib ki, Əlisəmid Kürün vəziyyəti 2 aydır pis idi, evdə müalicə alırdı.

 

Onun sözlərinə görə, şairin səhhətində ciddi problemlər var və təcli müalicəyə ehtiyac var.

 

Избранный
58
tribunainfo.az

1Источники