RU

ABŞ və Çin "TikTok"la bağlı razılığa gəldi

ABŞ və Çin uzun müddətdir davam edən "TikTok"un mülkiyyəti ilə bağlı mübahisədə mühüm irəliləyiş əldə ediblər. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununl abağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hər iki ölkənin ticarət rəsmiləri, tətbiqin ABŞ nəzarətinə keçməsini nəzərdə tutan çərçivə razılaşmasının əldə olunduğunu açıqlayıblar.

Madriddə keçirilən yüksək səviyyəli görüşmələrdən sonra danışan ABŞ Maliyyə Naziri Skott Bessent, bildirib: 

“TikTok üçün artıq bir çərçivə razılaşmamız var. Ticarət şərtləri iki özəl tərəf arasında müəyyən olunub və razılaşdırılıb".

Bessent, Çin tərəfinin danışıqlarda “aqressiv tələblər” irəli sürdüyünü, lakin onların təfərrüatlarını açıqlamadığını vurğulayıb.

Çinin baş danışıqları Li Çengqanq isə hər iki tərəfin "TikTok" məsələsində əməkdaşlıq əsasında razılığa gəldiyini təsdiqləyib. 

Li qeyd edib: “Ticarət və iqtisadi məsləhətləşmələrin nəticələri çətinliklə əldə olunub. ABŞ, Çin tərəfinin narahatlıqlarını nəzərə almasını istəyərkən eyni zamanda Çin şirkətlərinə təzyiqləri davam etdirməməlidir".

Избранный
12
operativmm.az

1Источники