RU

İranda iki polis öldürüldü, biri yaralandı

Bu gün səhər saatlarında Sistan və Bəlucistan əyalətinin Xaş-Zahidan yolunda İran polislərinin olduğu avtomobilə silahlı hücum edilib.
ONN media xəbər verir ki, bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 2 polis həlak olub, biri isə yaralanıb.
Bölgəyə çox sayda hərbçi və polisin cəlb olunduğu, yolların bağlandığı bildirilib.
Silahlı hücumun məsuliyyətini hələlik heç bir təşkilat öz üzərinə götürməyib.
Избранный
25
3
onn.az

10Источники