RU

41 yaşında Braziliya millisinə çağırılır

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Fluminense”nin 41 yaşlı müdafiəçisi Tyaqo Silvanın milliyə çağırılmasının mümkünlüyü ilə bağlı danışıb.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə Ançelotti ESPN-ə açıqlamasında belə deyib:

“Silvanı yaxşı tanıyıram. Onunla “Milan” və PSJ-də işləmişəm. Futbolçunu çağırmağa qərar verərkən onun yaşına baxmıram. Silva digər namizədlərdən üstündürsə, niyə onu çağırmayaq? “Real”da ən yaxşı oyunçulardan biri təcrübəli Modriç idi. “Milan”da kapitan 40 yaşlı Paolo Maldini idi”.

Qeyd edək ki, Karlo Ançelottinin rəhbərlik etdiyi Braziliya millisi artıq DÇ-2026-ya vəsiqəni rəsmiləşdirib.

Избранный
20
2
msport.az

3Источники