RU

“Vəzifə tamamlanana qədər geri addım atmayacağıq”

"Qəzza yanır. Vəzifə tamamlanana qədər geri çəkilməyəcəyik".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri İsrael Katz deyib.

Fələstinlilərə qarşı hücumlarını davam etdirən İsrail ordusu, Qəzza şəhərinə qarşı genişmiqyaslı yeni hücuma başlayıb.

Yerli mediada yayılan xəbərlərə görə, tanklar və pilotsuz uçuş aparatlarının (PUA) bir çox evi bombalaması nəticəsində mülki şəxslər dağıntılar altında qalıb.

İsrailin xarici işlər naziri İsrael Katz isə “X” platformasında beynəlxalq səviyyədə qınaq doğura biləcək bir paylaşım edib.

Hücumların davam edəcəyinə işarə edən Katz paylaşımında bildirib: “Vəzifə tamamlanana qədər geri addım atmayacağıq”.

Избранный
39
operativmm.az

1Источники