Sabah Zaqatalanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Moderator.az bildirir ki, "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Zaqatala şəhəri Sülh küçəsi 6 və 8 ünvanında abonentlərin məişət qaz sayğaclarının giriişinə qədər olan hissələrin əymə borularla əvəz edilməsi məqsədi ilə sabah saat 09:30-dan işlər yekunlaşanadək Sülh küçəsində 28 abonentin qaz təchizatı dayandırılacaq.
Bildirilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.