sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Avisia" analitik şirkətinin süni intellekt modeli 2025-ci ildə "Qızıl top"a namizədlərin şanslarını dəyərləndirib. Sport24.az xəbər verir ki, şirkət 30 namizədin şanslarını komanda uğurları, fərdi göstəricilər və futbolçuların tanınma səviyyəsinə görə dəyərləndirib.
Yekun hesablamalara əsasən, ən real favorit PSJ-nin fransalı futbolçusu Osman Dembeledir. Onun qalib gəlmə ehtimalı 72 faiz göstərilir.
Şirkətin məlumatına görə, model son yeddi il ərzində 61 Avropa liqasında 50 mindən çox futbolçunun statistik göstəricilərinə əsaslanır.
Qeyd edək ki, "Avisia" bu ilin mayında UEFA Çempionlar Liqasının finalını PSJ-nin qazanacağını 62,5 faiz ehtimalla proqnozlaşdırmışdı.
İlk "beşlik"də yer alanlar
1. Osman Dembelə (PSJ) – 72 faiz
2. Lamin Yamal ("Barselona") – 56 faiz
3. Vitinya (PSJ) – 40 faiz
4. Məhəmməd Salah ("Liverpul") – 39 faiz
5. Rafinya ("Barselona") – 33 faiz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.