RU

“Qüds İsrailə məxsusdur və həmişə də belə olacaq”

ain.az bildirir, Missiya.az portalına istinadən.

“Qüds İsrailə məxsusdur və həmişə də belə olacaq”.

Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Nəşr qeyd edir ki, İsrail Baş nazirinin sözləri 2020-ci ildə Qüdsün Osmanlı İmperiyasının bir hissəsi olduğu üçün Türkiyəyə məxsus olduğuna eyham vuran Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana ünvanlanıb.

"Bu, bizim şəhərimizdir, sizin şəhəriniz deyil cənab Ərdoğan. Qüds hər zaman bizim şəhərimiz olacaq və artıq bölünməyəcək", - deyə siyasətçi vurğulayıb.

Netanyahu həmçinin Qüdsü yəhudi dövlətinin paytaxtı kimi tanıdığına və ABŞ səfirliyinin bu şəhərə köçürülməsinə görə Prezident Donald Trampa minnətdarlığını bildirib. 

O əlavə edib ki, bütün dünya liderləri oxşar qərar qəbul etməlidir.

Daşqın HəsənovMissiya.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
43
1
missiya.az

2Источники