RU

Turistlərin Azərbaycandakı xərcləri 10% artıb

Azərbaycan bu il 178 ölkədən turist qəbul edib.

Finss.az xəbər verir ki, bunu “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, turistlərin gəldiyi ölkələr sırasında Türkiyə birinci, BƏƏ ikinci, Böyük Britaniya üçüncü, Qazaxıstan dördüncü, Səudiyyə Ərəbistanı isə beşinci yerdə qərarlaşıb.

E.Zeynalov əlavə edib ki, əməliyyat həcminə görə Qazaxıstan turistləri premium seqment hesab olunur:

  • Turistlərin Azərbaycanda xərcləmələri 10% artıb.
  • Orta hesabla bir hoteldə gecələmə xərci 133 avro təşkil edib.
  • Azərbaycana turist qəbulu mövsümi deyil, daimi xarakter daşıyır

Şirkətin Marketinq və Kommunikasiyalar üzrə vitse-prezidenti Yasemin Develioğlu bildirib ki, Azərbaycan iqtisadiyyatı genişlənməkdə davam edir və ölkə daha da cəlbedici investisiya məkanıdır. Bu səbəbdən “Mastercard”ın Azərbaycana yatırımlarının artacağı vurğulanıb.

E.Zeynalov əlavə edib ki, Bakı-Sumqayıt elektrik qatarlarında “Mastercard” kartları ilə ödəniş məsələsi bu il həllini tapacaq. Hazırda isə yalnız “Visa” sistemli kartlarla ödəniş mümkündür.

Fuad Mədətov
Finss.az

Избранный
49
fins.az

1Источники