RU

“Roma” Dibalanı uzun müddətə itirdi

“Roma”nın ulduz futbolçusu Paulo Dibala zədələnib.

Msport.az xəbər verir ki, argentinalı hücumçu bir müddət komandasına kömək etməyəcək.

İtaliya çempionatında “Torino” ilə matçda sıradan çıxan 31 yaşlı argentinalı yaxın bir neçə həftə ərzində meydana çıxa bilməyəcək. Sol bud nahiyəsindən zədələnən Dibalanın “Latsio” ilə Roma derbisində və “Nitsa” ilə Avropa Liqasının ilk oyununda “Roma”nın heyətində olmayacağı dəqiqləşib.

Qeyd edək ki, Paulo Dibala bu mövsüm “Roma”nın heyətində 3 oyun keçirsə də, qol vura bilməyib. “Qurdlar” hazırda A Seriyasında altıncı yerdədir.

Избранный
9
3
msport.az

5Источники