RU

Balıq alanda aldanmayın – Satıcıların gizli FIRILDAĞI

Qida eksperti İlkin Şirinovun “Yeni Sabah”a müsahibəsini təqdim edirik:

-  Balığın təzəliyini ilk baxışdan necə anlamaq olar?

-  Deməli, bütün ət və ət məhsulları kimi, balıq məhsullarının saxlanma qaydaları, gigiyenik şəraiti və satış qaydaları ən çox diqqət edilməli məqamlardan biridir. Burada əsas məsələ balığın saxlanma şəraiti, saxlama yeri, satış yeri və satış şəraitidir. Bunlar birinci növbədə nəzərə alınmalı məsələlərdən biridir. Sezar pizza

-   Satışda tez-tez qarşılaşdığımız “buzun altında saxlanılan” balıqların seçilməsində nələrə diqqət edilməlidir?

-    İstər dondurulmuş balıq olsun, istər təzə balıq olsun – dondurulmuş balıq dedikdə okean balıqları nəzərdə tutulur və onların saxlanma temperaturu mənfi dərəcədə seçilir. Bu balıqlar dondurulmuş vəziyyətdə saxlanılır. Eyni zamanda onların satış yeri gigiyenik qaydalara uyğun olmalı, təmiz olmalı və soyuducu normativlərə cavab verməlidir. Buzlu şəraitdə satılan balığın da seçim üsulları var. Əgər balığın gözü çökübsə, pulcuqları tökülürsə, bu, artıq köhnə balığın göstəricisidir. Təzə balığın ən yaxşı seçim üsulu onun gözləridir. Təzə tutulmuş və ya sudan yeni çıxmış balığın gözləri şiş, şəffaf və parlaq olur. Bədəni, yəni əti elastik olur, quyruğu və kənar üzgəcləri elastik olur, yapışqanlıq olmur.

 -   Hansı mövsümlərdə balıq daha çox təzə və keyfiyyətli olur?

-    Bildiyimiz kimi, bu günlər artıq balıq satışının mövsümü başlayır. Bundan istifadə edən işbazlar çox vaxt əvvəldən tutulmuş balıqları soyuducularda saxlayıb dondurur, sonra isə müxtəlif metro qarşısında, bazarların qarşısında, insanların sıx toplaşdığı yerlərdə satışını təşkil edirlər. Əvvəla, balıq buzlu şəraitdə saxlanılacaqsa, onun birinci növbədə içalatı təmizlənməlidir. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, satış yeri soyuduculu və buzlu olmalıdır. Açıq havada, otaq temperaturunda balığın saxlanılması və satışı qanunla icazə verilmir.Qida haqqında qanunda ət və ət məhsullarının saxlanmasına dair müddəalar var və balıq da həmin müddəalara aiddir. Bu isə o deməkdir ki, balığın saxlanma şəraiti və satışı təşkil edilən yerlər həkim nəzarətindən keçməli, satıcılar balığa toxunduqda xüsusi əlcəklərdən istifadə etməlidirlər. Balığın satışı təşkil olunan ərazi isə tam gigiyenik standartlara cavab verməli və balıq buzlu şəraitdə satılmalıdır.

-   Balığın qoxusu təzəlik göstəricisi ola bilərmi?

-   Əgər balıq təmizlənmiş halda satılırsa, qarın hissəsi şəffaf olur və balıqdan ya dəniz, ya da göl qoxusu gəlir. Yox əgər bunlar yoxdursa – gözlər çökübsə, əti elastikliyini itiribsə, üzgəcləri və quyruğu toxunduqda yapışqandırsa, içi qara rəngdədirsə və balıqdan turşumuş qoxu gəlirsə – bu, balığın köhnə olduğunu göstərir. Bəzən işbazlar balığın qəlsəməsinə rəng vururlar ki, qırmızı görünsün. Hətta balıq başsız satılır və üzərinə su səpirlər, suda saxlayıb çıxarırlar ki, guya təzəlik təsiri bağışlasın. Ancaq bunlarla balığın pulcuqlarının dağılmasının və qoxusunun qarşısını almaq mümkün deyil. Bəzən limondan, nanədən, müxtəlif ətirləndiricilərdən istifadə edirlər, amma nə qədər etsələr də, balığın əti elastikliyini heç bir şeylə bərpa etmək mümkün deyil.

 -        İstehlakçılar balıq alarkən ən çox hansı səhvləri edirlər?

-    Həmçinin, bildiyimiz kimi, balıqdan insanlara keçə bilən bakteriyalar da mövcuddur. Bu, daha çox müxtəlif sularda balıqlar saxlanıldıqda və təmiz saxlama şəraiti gözlənilmədikdə baş verir. Balıq məhsulları, istər konserv şəklində olsun, istərsə də saxlanma qaydalarına düzgün əməl olunmadıqda, ən tez xarab olan və riskli məhsullar qrupuna aiddir. Belə hallarda insanlara keçə biləcək bakteriyalar qarın ağrısı, müxtəlif allergik xəstəliklər yarada bilər. Xüsusilə hamilə qadınlar, uşaqlar və allergik xəstəliklərdən əziyyət çəkən şəxslər bu cür məhsullardan istifadə edərkən diqqətli olmalıdırlar. Bəzən hissə verilmiş (kəsilmiş, parçalanmış) balıqlardan da istifadə olunur. Amma bu proses düzgün aparılmadıqda, xüsusən də istifadə edilən materiallar sanitar norma və qaydalara uyğun seçilmədikdə, balıq zəhərlənməyə səbəb ola bilər. Ona görə də, istər hissə verilmiş, istər konservləşdirilmiş balıq məhsullarını alarkən son dərəcə diqqətli olmaq lazımdır. Çünki balıq zəhərlənmə baxımından digər ərzaqlara nisbətən daha ciddi fəsadlar yarada bilər.

Aytac Əliyeva 


Telegram kanalımız
Избранный
47
yenisabah.az

1Источники