RU

Azərbaycanda həbsdə olan livanlı erməni muzdlunun aclıq etməsi xəbəri YALANDIR

Ermənistan teleqram kanallarında 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən 20 il müddətinə azadlıqdan məhrum edilən, Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın həbsxanada aclıq aksiyası keçirməsinə dair əsassız iddialar yenidən gündəmə gətirilib.

Redaktor.az-ın əldə etdiyi məlumata görə, muzdlu terrorçu barədə erməni KİV-ində yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, livanlı muzdlu barəsində bundan əvvəl də Ermənistan mediasında oxşar iddialar yayılsa da, həmin xəbərin yalan olduğu məlum olmuşdu.

Qeyd edək ki, təqsirləndirilən şəxs 2020-ci ildə Vətən Müharibəsindən sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

DTX-də başlanılmış cinayət işi üzrə Viken Eulcekciyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə  təqsirləndirilən şəxs 20 il azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki o cəzasının ilk 5 ilini həbsxanada, qalan 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir.

Избранный
7
20
redaktor.az

10Источники