RU

“Avant Group” Yasamal sakinlərini AYAĞA QALDIRDI – Foto, Video

Yasamal rayonu, Şərifzadə küçəsində keçmiş zavodun həyətində bina tikintisiylə məşğul olan “Avant Group”la bağlı şikayətlər səngimək bilmir. Yaxınlıqda yaşayan sakinlər şirkətin gecə-gündüz, fasiələ vermədən və səliqəsiz apardığı işdən şikayətçidir.

Tribunainfo.az xəbər verir ki, sözügedən şirkətdən şikayətçi olanlardan biri də İctimai Televiziyanın əməkdaşları üçün tikdiyi binada yaşayan Ayaz Səmədzadədir. Problemini sosial şəbəkədə ictimailəşdirən sakin bildirib ki, həftənin 7 günü, 24 saat səs-küydən, toz-torpaqdan evdə oturmaq olmur:
“Keçmiş zavodu Avant Group sökür və yerində geniş bir ərazidə bina tikir. Alatavanı söküb bir-birinin içində binalar tikirlər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi necə, nəcür, hansı əsasla bu formada tikintiyə icazə verir, bunu başa düşmək üçün ancaq gərək içkili olasan.

Burada söküntü 7/24 davam edir. 3 gün əvvəl 102-yə müraciət etdim, FHN-ə müraciət etdim. Bəlli oldu ki, sakinlər toplu halda məndən 1 ay öncədən müraciət edib işıqlandırıblar.
Bu şirkət burada 102 ağac kəsib, 7/24 toz torpaq və səs küy. Hara müraciət edirik, deyirlər gəlin ərizə yazın. Nə səbəbə? Axı məndən əvvəl neçə sakin müraciət edib məlumatınız var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə zəng edirsən, deyir qeydə alındı. Deyirəm, qeydə alındı nədi? Bir aydı qeydə alırsız. Bəs nəticə? Təklifi nədir hökumətin? Niyə belədir idarəetmə? Məqsəd nədi? Yəni insanlar belə də qəbul etsin, otursun bu səs-küydə, toz-torpaqda?”.
Xatırladaq ki, bir müddət əvvəl İctimai Televiziyanın aparıcısı Nigar Sabirqızı da sözügedən şirkətlə bağlı bu məzmunda şikayətini ictimailəşdirmişdi. Şikayətlərin hələ də davam etməsi ondan xəbər verir ki, aidiyyəti qurumlar narazılıq yaradan “Avant Group”la bağlı tədbir görməyə ya tələsmir, ya da maraqlı deyillər.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul





Избранный
17
2
yenilik.az

3Источники