RU

Ərdoğan: Bu qanlı oyuna imkan verməyəcəyik

BAKI, 16 sentyabr. TELEQRAF

“Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) bizim qardaşımızdır, onun hüquq və mənafeyini özümüzünkü hesab edirik”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı bildirib ki, Türkiyə oktyabrda ŞKTC-də keçiriləcək seçkilərdən əvvəl bu ölkədə oyun oynanılmasına imkan verməyəcək:

“Türkiyənin beynəlxalq hüquq və BMT-nin qətnamələri əsasında qanuni olaraq tanınan qarant hüquqları var. Bu hüquqlar hakimiyyətə hansı siyasi partiyanın gəlməsindən asılı olmayaraq, Şimali Kipr Türk Cümhuriyyəti və onun Şərqi Aralıq dənizində dəniz yurisdiksiyalarının mövcudluğunu təmin edir.

İllərdir Kipr adası regional və qlobal güclər üçün oyun meydanı olub. Bu oyunların nə qədər qanlı ola biləcəyini yaxın tarix göstərdi. Heç kim Kipr adasında yeni əzablara səbəb olacaq sxemlər hazırlamamalıdır. Nə biz, nə də Kipr türk xalqı yaşanılanları unudub. Ağrı ilə dolu xatirələr hələ də təzədir. Bir daha heç kim Kipr türklərinə belə ağrıları yaşada bilməz, biz buna imkan verməyəcəyik”.

Избранный
18
teleqraf.com

1Источники