RU

Azərbaycan və Polşa sahibkarları arasında birbaşa əlaqələr gücləndiriləcək

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Polşa Ticarət Palatası (PTP) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumu imzalanıb.

Konfederasiyanın məlumatına görə, memorandumun əsas istiqamətləri arasında Azərbaycan və Polşa arasında biznes missiyaların təşkili, qarşılıqlı sərgi və yarmarkaların keçirilməsi, ticarət və investisiya layihələrinin dəstəklənməsi, sahibkarlar arasında birbaşa əlaqələrin gücləndirilməsi kimi məsələlər var.

Yeni anlaşma memorandumu Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə, sahibkarların yeni bazarlara çıxış imkanlarının genişlənməsinə xidmət edəcək. Bu əməkdaşlıq Azərbaycan məhsullarının Avropa bazarında tanıdılmasına və ixrac potensialının artırılmasına mühüm töhfə verəcək.

Избранный
10
vergiler.az

1Источники