RU

Zelenski: “Putinin məqsədi Trampı aldatmaqdır”

AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski belə deyib.Onun iddiasına görə, avqust ayında Alyaskada baş tutan Putin-Tramp sammiti Rusiya liderinə çox şey verib. Amma görüş Ukrayanın iştirakı ilə üçtərəfli formatda keçirilsə idi, nəticə başqa cür ola bilərdi.

Zelenski, həmçinin Putinin hər vəchlə sanksiyaların tətbiqindən yayınmağa çalışdığını diqqətə çatdırıb.

“Putin ABŞ və prezident Trampın ona qarşı yeni sanksiyalar tətbiq etməməsi üçün əlindən gələni edir. Sanksiyaların tətbiqi təxirə salınsa, ruslar daha yaxşı hazırlaşacaqlar”,- Ukrayna lideri vurğulayıb.

Siyasətçinin fikrincə, Alyaska sammiti Putinin siyasi təcriddən çıxmasına kömək edib:“Onun prezident Trampla fotoşəkilləri, ictimai dialoqu var və bu, onun üçün başqa görüşlər və formatlar üçün qapı açır. Düşünmürəm ki, o, bunun üçün nə isə ödəyib”.

Ukrayna lideri bildirib ki, müharibəni başladığına və təcriddən çıxmaq cəhdlərinə görə Rusiya prezidenti şəxsən məsuliyyət daşımalıdır.

- Ona bu imkanı verməmək çox vacibdir, əks halda o, dayanmağa məcbur olmayacaq. Təkcə sanksiyalar kifayət deyil. Putin ancaq güc dilini başa düşür. Müharibə aparır, xahişlərlə, danışıqlarla onun qarşısını almağa çalışırlar. Ancaq güc lazımdır - bu, onun anladığı yeganə dildir”,- Volodimir Zelenski deyib.

Müsahibənin sonunda Zelenski ABŞ və Avropa ölkələrinə Rusiyaya qarşı təzyiq tədbirlərini gücləndirməyə və sürətləndirməyə çağırıb:“Bəli, onlar sanksiyalar kimi müəyyən addımlar atır, lakin biz daha çox və daha sürətlə etməliyik”.

Sahil İsgəndərov
AzVision.az
Избранный
29
azvision.az

1Источники