RU

"Karen Albertoviç Avanesyan burada müəyyən geosiyasi mərkəzlərin sifarişlərini yerinə yetirmişdir" - AÇIQLAMA

"Karen Albertoviç Avanesyan burada müəyyən geosiyasi mərkəzlərin sifarişlərini yerinə yetirmişdir" - AÇIQLAMA"Qarabağda antiterror tədbirləri həyata keçirildikdən sonra əhali könüllü şəkildə bölgəni tərk etdi. Lakin Azərbaycan qanunlarını qəbul edərək və inteqrasiya planına uyğun olaraq bölgədə qalmağı üstün tutan şəxslər də oldu. Onlardan biri – 1967-ci il təvəllüdlü Karen Albertoviç Avanesyan terror fəaliyyəti ilə məşğul olmuşdur. Sosial şəbəkələrdə onun hərəkətləri addım-addım izlənilmiş, yayılan görüntülərdə isə saxlanılması əks olunmuşdur".

Bu sözləri Sonxeber.az-a politoloq İlyas Hüseynov danşıb.

O, açıqlamasında qeyd edib ki, Karen Albertoviç Avanesyan burada müəyyən geosiyasi mərkəzlərin sifarişlərini yerinə yetirmişdir:

"Tədbir keçirilən yerə yaxınlaşmaq və terrorçuluq fəaliyyəti həyata keçirmək niyyəti də göstərir ki, bütün hərəkətlər əvvəlcədən qurulan plan üzrə icra edilmişdir.

Burada Azərbaycan polisinin və xüsusi xidmət orqanlarımızın şücaətini xüsusi vurğulamaq istəyirəm. Əməliyyat nəticəsində yaralanan polis əməkdaşına şəfa diləyirəm.

Fikrimcə, Qarabağ İqtisadi Rayonunda qalmış hər bir erməninin bütün fəaliyyətləri izlənilməli, onların təmasda olduğu şəxslər analiz edilməlidir. Eyni zamanda, bu cür hərəkətlərə bir daha imkan verilməməlidir. Çünki biz çox həssas bir sülh və təhlükəsizlik dövrünə qədəm qoymuşuq.

8 avqust razılaşmaları mühüm tarixi nailiyyətdir və bu nailiyyətə kölgə salmaq istəyən hər bir qüvvə ifşa olunmalı, onlar barəsində ciddi tədbirlər görülməlidir".

Vüsalə İbrahimli

Избранный
28
sonxeber.az

1Источники