"Xankəndidə baş verən hadisə şəhərin erməni sakini Avanesyan Karen Albertoviçə aid olsa belə, "erməni xəstəliyi" və zehniyyəti baxımından illərin yüklənmiş kini nifrətidir.
Bu terror aktı ermənipərəst mərkəzlərdə, revanşist dairələrdə illərdir bu zəhərli təfəkkürlə qidalanan "partizan-terrorçu düşüncə"nin üzə çıxmasıdır".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edib ki, bu terror cəhdi Azərbaycanın Qarabağda tam suverenliyinə kölgə salmaq istəyinin uğursuz nəticəsidir:
"Bu təxribatın ya bir erməninin, ya Ermənistandakı radikal müxalifət və onların xaricdəki havadarlarının maraqlarına xidmət etməsi də mümkündür. Lakin Azərbaycan dövləti üçün bunun fərqi yoxdur. Bu, təxribatdır və layiqli cavabını da dövlət qanunvericilliyi tərəfindən alacaqdır.Məlumdur ki, Ermənistanı silahlandıran, Qafqazda sabitlikdən yox, gərginlikdən bəhrələnən aktorlar var. Hazırda Paşinyan hökuməti Azərbaycanla münasibətdə normallaşdırmağa başlayandan daxildə təzyiq altındadır. Əgər Avanesyanın terror cəhdi nəticə versəydi, həmin qüvvələr üçün böyük fürsət yaranacaqdı. Çünki "sakitləşməyən Cənubi Qafqaz" obrazı bəzi güclərin planlarının tərkib hissəsidir".
Vüsalə İbrahimli