RU

Umud Mirzəyev: Əlisəmid Kürün dostlarının, yaxınlarının diqqət və qayğısına ehtiyacı var

Şair Əlisəmid Kürün səhhətində problem yaranıb. Onun qızı, Aynur Mehdiyeva bildirib ki, şair əvvəlcə Sabunçu rayon xəstəxanasına, daha sonra isə axşam saatlarında Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Aynur Mehdiyevanın sözlərinə görə, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir və hazırda vəziyyəti yaxşı deyil.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Umud Mirzəyev "Sherg.az"a açıqlamasında Azərbaycan Ədəbiyyanın dəyərli nümayəndəsi, istedadlı şair Əlisəmid Kürün sağlamlıq durumunda son iki aydır ciddi problemlər yarandığını xatırladıb:

 "Təəsüf ki onun evdə müalicə almasına baxmayaraq vəziyyəti günü gündən ağırlaşıb. Ötən gün Dioqnostika mərkəzinin  reanimasiyaya şöbəsinə  yerləşdirilib. Əlisəmid Kürün bu gün dostlarının, yaxınlarının diqqət və qayğısına ehtiyacı vardır. Onun sağalması üçün  dəstəyinizi və dualarınızı əsirgəməyin. Allah şəfa versin!"

Digər AYB üzvü Vasif Ayan isə xəbəri eşidər-eşitməz şairin qızı ilə əlaqə saxladığını qeyd edib: 

"Bir neçə müddət var, narahatlığı yaranıbmış şairin. Allah tezliklə şəfasını versin. Az öncə Xalq artisti Şeyx Əbdül Mahmudov da mənlə danışanda şairin vəziyyəti haqqında onu da xəbərdar etdim. Əbdül müəllim də çox üzüldü. Şeyxin özünün də səhhəti nasazdır, ancaq dedi ki, Əlisəmid Kür üçün narahatlığımı bildir, şairin müalicəsi ilə bağlı hansısa problem yaranarsa mənim də xahişimi nəzərə alsınlar...Allah köməyi olsun!".
Избранный
40
sherg.az

1Источники