Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Elektroforez fizioterapiyada geniş istifadə olunan müalicə üsuludur. Bu metodla dərman maddələri zəif sabit qalvanik cərəyan vasitəsilə dəri və ya selikli qişadan orqanzimə daxil edilir. Cərəyanın gücü xəstənin hissinə görə tənzimlənir. Xəstə yüngül formada iynələnmə və ya istilik hiss etməlidir. Güclü yanma və ağrı olmamalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyi Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim fizioterapevti Püstəxanım Baharlı deyib.
O bildirib ki, elektroforezin insan orqanizmində rolu dərmanın təsirini gücləndirir: “Preparat birbaşa ağrılı nahiyəyə yönləndiyi üçün effektli olur. Qan dövranını yaxşılaşdırır, əzələ və sinirlərə təsir göstərir. İltihab, ağrı və spazm azalır. Yumuşaq toxumalarda sovrulmanı sürətləndirir. Elektroforez fizioterapiyada bir çox xəstəliklərin müalicəsində tətbiq olunur. Ən çox istifadə olunduğu sahələr bunlardır:
1.Nevrolgiya – nevrid, nevrolgiya, radikulid, radikulopatiya, serrebral iflic( uşaqlarda spastik formalar), vegetativ damar distoniyası, baş ağrıları, yuxu pozğunluqları və.s
2.Travmatologiya və ortopediya – osteoxondroz, qonartroz, koksartroz( oynaq degenrasiyaları)
3.Revmatologiya- artrit, artroz, miazid, osteoparozda sümük metobalzmini yaxşılaşdırmaq və.s
4.Kardiologiya – hipertoniya xəstəliyi( yüngül mülayim dərəcə), işəmik ürək xəstəliyinin bəzi formaları( xroniki)
5.Lor və stomatologiya – xroniki tanzilit, rinofaringit, stomatit, diş ətinin iltihabı xəstəlikləri və.s
6.Dermatologiya – iltihab və allergik dəri xəstəliklərinin bəzi formaları irinli olmayan xroniki proseslər və.s
7.Urologiya və ginekologiya – xroniki sistit, peolnifrit, xroniki prostotit, iltihabı ginekoloji xəstəliklər.
Elektroforezin əks göstərişləri isə aşağıdakılardır:
1. Onkoloji xəstəliklər
2. Kəskin infeksiyon xəstəliklər, hərarət
3. Ciddi ürək – damar xəstəlikləri
4. Hipertoniya və hipertoniyada ağır dərəcə
5. Qan xəstəlikləri
6. Sinir sistemi xəstəliklərinin ağır gedişləri
7. Elektrik cərəyanına qarşı həssaslıq.
Fonoforez də fizioterapiyada tətbiq olunan üsullardan biridir. Burada ultrasəs dalğaları vasitəsilə dərman maddələri dəri və toxumalara yeridilir. Ultrasəs dalğaları yalnız mexaniki və istilik təsiri göstərmir həmçinin dərmanların dəri vasitəsilə daha dərin qatlara keçməsini təmin edir. Fonoforezin təsir mexanizmi ultrasəs dəri keçiriliciyini artırır. Dərman molekulları toxumalara nüfuz edir. İltihab əleyhinə ağrı kəsici və regenrasiya edici təsir göstərir. Tətbiq sahələrinə gəldikdə oynaq xəstəlikləri (artrit, artroz) iltihabı proseslər. Sinir iltihabları radiokulopatiya, idman travmaları və əzələ zədələri. Onurğa patologiyaları travmalardan sonra əzilmə, qırıq sonrası reabilitasiya, dermotologiyada dəri problemləri.
Fonoforezin əks göstərişləri :
1. Şiş prosesləri
2. Aktiv infeksiyalar
3. Qanaxmaya meyillilik
4. Hamiləlik
5. Ağır ürək – damar xəstəlikləri dərinin zədələnmiş sahələridir.
Fizioterapiya, ümumiyyətlə, təhlükəsiz və yan təsirləri minimal olan müalicə üsulu kimi tanınır. Lakin bütün tibbi müdaxilələr kimi, fizioterapiya da müəyyən hallarda fizioterapiya seansları yalnız həkim resepti və diaqnoz əsasında başlanmalıdır. Yəni, fizioterapiya nə qədər təbii və yan təsirsiz görünsə də, mütəxəssis nəzarəti olmadan onun tətbiqi ciddi fəsadlara səbəb ola bilər. Elektrofarez və fonoforez prosedurları da həkim göstərişi olmadan etdirmək olmaz. Müəyyən xəstəliklərə və vəziyyətlərə qarşı əks göstərişlər ola bilər. Məhz buna görə də, hər bir pasient üçün individual yanaşma və klinik vəziyyətə uyğun prosedur seçimi əsas prinsip sayılır”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.