RU

MY-nin futbolçusu İtaliya yolunda

"Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarte karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, "qırmızı şeytanlar" 24 yaşlı uruqvaylını icarəyə vermək niyyətində deyil. Mənbə bu keçidin adını açıqlamadığı kluba 60 milyon avroya başa gələcəyini vurğulayıb.

Qeyd edək ki, Uqarte ötən mövsüm bütün turnirlərdə 45 matça çıxaraq 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun MY ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı cənubi amerikalı oyunçunun transfer qiymətini 45 milyon avro ilə dəyərləndirir.

Nihat

Избранный
26
fanat.az

1Источники