RU

Onlar ölkəmizə gətiriləcək, cəzalarını çəkəcəklər Deputat

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Fransada yaşayan bloqer Məhəmməd Mirzəlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Ona 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bundan öncə isə xaricdə yaşayan Qabil Məmmədov və Tural Sadıqlı ilə bağlı da müvafiq qərarlar verilmişdi. Bəs bu şəxslərin ölkəmizə gətirilməsi mümkün olacaqmı?Bu barədə Demokrat.az-a danışan millət vəkili Aydın Hüseynov bildirib ki, Məhəmməd Mirzəli, Qabil Məmmədov və Tural Sadıqlı Azərbaycana gətiriləcək və öz cəzalarını çəkəcəklər:“Çünki Azərbaycan məhkəməsi onları Azərbaycan qanunlarına əsasən məhkum edib. Azərbaycanda qanun alidir və qanunun aliliyi yüksək səviyyədə qorunur. Hər kəs qanun qarşısında cavabdehdir, törətdiyi cinayətə və əməllərinə görə layiqli cəzasını almalıdır. Bu şəxslər də öz cəzalarını çəkəcəklər.O ki qaldı onların Azərbaycana gətirilməsi məsələsinə, məlumdur ki, Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşır. Azərbaycan beynəlxalq hüquq çərçivəsində də onları ölkəmizə gətirəcək. Azərbaycanın buna haqqı var. Azərbaycan heç bir ölkənin vətəndaşının cinayət törədərək Azərbaycanda qalmasına imkan vermir. Eyni şəkildə adekvat addımın digər ölkələrdən də tələb olunması tamamilə doğrudur”.Cavidan Mirzəzadə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
2
demokrat.az

3Источники