RU

Azərbaycanda şagird məktəbdə sinif yoldaşını bıçaqlayaraq öldürdü

Cəlilabad rayonunda məktəblilər arasında baş verən mübahisə bir nəfərin ölümü ilə nəticələnib. 


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəlilabad kənd məktəbində qeydə alınıb. Məlumata görə, 17 yaşlı şagird sinif yoldaşına bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilsə də, həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, sentyabrın 16-sı saat 11:00 radələrində 2008-ci il təvəllüdlü (kişi) şəxs xəsarət alması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Ona döş qəfəsinin kəsilmiş-deşilmiş açıq yarası diaqnozu təyin edilib. 

Pasiyent dərhal cərrahi əməliyyata alınıb. Göstərilən bütün reanimasyon tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 13:00 radələrində ölüm faktı qeydə alınıb.

Избранный
16
manset.az

1Источники