RU

Şamaxı nın kapitanı Zirə ilə oyundan nə gözləyir? AÇIQLAMA

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının 4-cü turunda "Karvan-Yevlax"la qarşılaşan "Şamaxı" 3:0 hesablı qələbə qazandı. Bu, daha öncə "İnter" və "Keşlə" adları altında mübarizə aparmış komandanın yeni adla əldə etdiyi ən böyükhesablı qələbə kimi tarixə düşdü. "Aslanlar"ın kapitanı Rafael Məhərrəmli ilə əlaqə saxlayıb həm Şamaxıda qeydə alınan tarixi darmadağını dəyərləndirməsini, həm də 5-ci turda "Zirə"yə qarşı keçirəcəkləri matçdan nə gözlədiyini soruşduq.

25 yaşlı yarımmüdafiəçinin Fanat.Az-a açıqlaması belə oldu: 

"Oyunun bizim üçün çətin keçəcəyini bilirdik, çünki "Karvan-Yevlax" əvvəlki turlarda çox yaxşı təsir bağışlamışdı. Matç ilk dəqiqələrdən ağır başladı, amma düşünürəm ki, birinci hissədə vurduğumuz iki qol görüşün taleyini həll etdi. Yekunda 3 qol vurmaqla yanaşı, qapımızı da toxunulmaz saxlaya bildik.

"Zirə" yaxşı rəqibdir. Heyətlərində səviyyəli futbolçular var. Zatən, çempionatımızda bütün oyunlar çətin keçir. Belə komandalara qarşı oyunlarda isə ikiqat motivasiyalı oluruq. Hər görüşə xal qazanmaq məqsədi ilə çıxırıq. Allahın köməyi ilə hər şey istədiyimiz kimi olar".

Qeyd edək ki, "Zirə" - "Şamaxı" matçı sentyabrın 19-da keçiriləcək. Matçın start fiti 18:30-da səsləndiriləcək.

Nihat

 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
49
1
fanat.az

2Источники