“Baku TV”-də yayımlanan “Aktual gündəm” verilişində psixoloji xidmət sahəsində yaranmış ziddiyyətlər müzakirə olunub. Ajans.az xəbər verir ki, verilişdə çıxış edən psixoloq Ülviyyə Murtuzova psixoloqların daha düzgün məşğul ola biləcəyi istiqamətlərdən söz açıb. Ülviyyə Murtuzova vurğulayıb ki, psixoloq pasiyentə düzgün yanaşmalı və təyinatı üzrə addım atmalıdır.
Müzakirələrdə psixoloqların səlahiyyətləri mövzusu əsas diqqət mərkəzində olub.