RU

Psixoloq uşağı telefondan uzaqlaşdırmağın yollarını açıqladı

Uşaqların telefon və planşetlərlə çox vaxt keçirməsi, onların gündəlik həyat və emosional inkişafını da əhəmiyyətli dərəcədə təsir edə bilər.

E-saglam.az xəbər verir ki, Action Education psixoloqu Alexandra Fokina uşaqların tez-tez telefon və planşetə üz tutmasının səbəbini xoş təəssüratların olmaması ilə izah edir. Uşaqlar “canlı” ünsiyyət əvəzinə cizgi filmləri və elektron oyunlara üstünlük verirlər. Bu onların formalaşmasına ciddi yan təsirlər göstərir. Valideynlər isə bir neçə sadə üsulla uşaqları İnternet reallığından geri qaytara bilərlər.

Fokina tövsiyə edir ki, uşaqlar telefonlarla məşğul olmadıqda valideynlər onları tərifləsin, yaradıcılıqlarını qeyd etsin və xoş sözlərdən çəkinməsin. Məsələn, “Burada əsl sənət studiyanız var!” və ya “Mən bütün bir əsgər ordusu görürəm” kimi ifadələr uşağın fəaliyyətini dəyərləndirməyə kömək edir.

Ekspertin sözlərinə görə, uşaqlar çox vaxt valideynlər üçün əlverişli olduğu üçün cihazlara bağlanırlar. “Bəlkə də hər dəfə uşaqla ünsiyyət qurmaq üçün gücünüz və ya əhval-ruhiyyəniz olmadıqda ona gadget və ya cizgi filmi verirsiniz. Bu davranışı dəyişmək həm sizə, həm də uşağa müsbət təsir göstərəcək,” – deyə Fokina bildirir.

Valideynlər evdə olmadıqda isə uşaqları telefondan yayındırmaq üçün qeydlər buraxa bilərlər. Məsələn: “Əziz uşaqlar! Planşetdə oynamaqdan daha çox bəyənəcəyiniz beş fəaliyyəti tapın və edin. Sizi sevirəm – Ata.”

Eyni zamanda, uşaqlara düzgün qidalanmanı öyrətməkdə valideynlərin şəxsi nümunəsi böyük rol oynayır. Psixoloq Olqa Şaldıbina vurğulayır ki, uşaqlar yalnız valideynlərin öz davranışlarını izləyərək sağlam qidalanma vərdişləri qazana bilərlər.

Bu üsullar uşaqların telefon asılılığını azaltmaq və həm fiziki, həm də emosional sağlamlıqlarını dəstəkləmək üçün faydalıdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
11
e-saglam.az

1Источники