RU

Nazirliyin qurumu reklama 94 min xərcləyəcək

Təhsil Tələbə Krediti Fondu təbliğat-təşviqat xarakterli reklam xidmətləri ilə bağlı işlərə başlayır.

Paralel.az -ın əldə etdiyi məlumata görə, qurum bununla əlaqədar olaraq təxminən 94 min manat ayırmağı planlaşdırır.

Belə ki, tələbələrə təhsil tələbə kreditinin verilməsinə dair tələbləri, təhsil tələbə kreditinin verilməsi prosedurunu, hüquqların əldə olunmasını, kreditin qaytarılmasını, güzəşt və möhlətləri əks etdirən video və audio çarxların hazırlanması, TV, radio və sosial şəbəkələrdə reklamların yayımlanması nəzərdə tutulub.

Məlumata görə, qurum bu işlərin icrası ilə bağlı müvafiq şirkətlə müqavilə bağlayacaq.

Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Paralel.az

Избранный
28
3
paralel.az

4Источники