RU

Ərdoğan onlara ev verəcək – Jurnalistlərə açıqladı!

Prezident Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən qayıdarkən jurnalistlərin baş verənlərlə bağlı suallarını cavablandırıb.

Yenisabah.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan, yeni sosial mənzil layihəsinin detallarının oktyabr ayında açıqlanacağını bildirib.

Ərdoğan TOKİ-nin 81 vilayətin hamısında torpaq və ərazi araşdırmalarının davam etdiyini bildirib və belə davam edib: Dominos pizza

“Bildiyiniz kimi, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirimiz Murat Kurum bu layihəyə cavabdehdir. O, bununla bağlı ən qısa zamanda açıqlama verəcək. Xüsusilə aztəminatlı vətəndaşların mənzillə təmin olunmasına yönəlmiş hərtərəfli hazırlıqlarımız var. Murat müəllim bu məsələ ilə bağlı işlərini davam etdirir. Bu layihələrə iki və üç otaqlı mənzillər daxildir. Mən ona prosesi sürətləndirməyi və mənzillə bağlı səylərimizi ölkə miqyasında genişləndirməyi tapşırdım. Bu addımı atmaqla, xüsusilə Şərqi və Cənub-Şərqi Anadoluda yaşayan yoxsulların və ehtiyacı olanların bu tip mənzillərə çıxışını təmin etmək istəyirik. Bundan əlavə,  AK Partiya  hökumətləri olaraq bu günə qədər cəmi 1 milyon 704 min mənzil tikmişik. Hazırda biz ölkə üzrə 280 min sosial mənzil tikirik. Nəzərə alın ki, biz bütün bunları əsrin fəlakətindən sonra intensiv tikinti işlərini davam etdirərək, 11 əyalətdə 450.000 mənzil tikməklə edirik. Hazırda TOKİ ilə 81 ilin hamısında torpaq və sahə tədqiqatları, layihənin hazırlanması və dəyərin müəyyən edilməsi prosesləri davam edir. İnşallah gələn ay bütün təfərrüatları xalqımızla paylaşacağıq”.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
52
yenisabah.az

1Источники