Avropa İttifaqı ölkələrinin və Böyük Britaniyanın sosialist və sosial-demokrat fraksiyalarını birləşdirən Avropa Sosialistlər Partiyası (ASP) Slovakiyada hakim partiya olan “İstiqamət - Sosial Demokratiya”nı (SMER) öz sıralarından çıxarmaq niyyətindədir.
Musavat.com xəbər verir ki, bu barədə Euractiv portalı mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatlarına görə, kənarlaşdırma məsələsi ilə assosiasiyanın sədri, İsveçin keçmiş baş naziri Stefan Löfven çıxış edəcək. Portal yazır ki, qərar oktyabrda Amsterdamda keçiriləcək ASP konqresində təsdiqlənəcək.
Euractiv qeyd ediir ki, istisna xüsusilə Slovakiyanın baş naziri Robert Fikonun Rusiya ilə bağlı mövqeyi ilə bağlıdır. R.Fiko Avropa ölkələrinin əksəriyyətinin iradəsinin əleyhinə olaraq Rusiyanı, onun prezidenti Putini dəstəkləyir.
Musavat.com