RU

“II Yaşıl Düşüncə Maarifləndirmə Proqramı”

Gənclərin ekoloji şüurunun formalaşmasına, ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasına, həmçinin məsuliyyət hissinin gücləndirilməsinə dəstək olmaq məqsədilə öyrənməyə həvəsli 17–25 yaş arası gənclər üçün “II Yaşıl Düşüncə Maarifləndirmə Proqramı”na start verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, Bilik Günü münasibətilə təşkil olunan proqrama qeydiyyat 15-25 sentyabr tarixlərində aparılacaq.  Təlimin müddəti oktyabr-noyabr aylarını əhatə edəcək. Təlimlər əsasən günün ikinci yarısında keçiriləcək.

Proqramın nəzəri hissəsində iştirakçılar ətraf mühitin qorunmasında hüquqi yanaşmalar: milli və beynəlxalq çərçivə; bioloji müxtəlifliyin qorunması və davamlı gələcək; tullantıların idarə edilməsi: müasir tullantı idarəçiliyi və dövri iqtisadiyyat; meşə idarəetməsi və yeni yanaşmalar; texnologiya və təbiət: rəqəmsal ekologiya və innovativ yanaşmalar; iqlim dəyişmələri: erkən xəbərdarlıq sistemlərinin rolu; sosial şəbəkələr üçün ekoloji mesajların vizual təqdimatı: ekoloji kontent hazırlığı və s. ilə tanış olacaqlar.

Praktiki hissədə isə ağacəkmə aksiyalarında iştirak, tinglik sahələri ilə tanışlıq, Situasiya Mərkəzinə ekskursiya, milli parklara səfər, qrup işlərinin təşkili nəzərdə tutulub.

Proqramın sonunda imtahan təşkil olunacaq və uğurla iştirak edən gənclər sertifikat əldə edəcəklər.

Ü.Qarayev
XQ

Избранный
42
1
xalqqazeti.az

2Источники