RU

Məktəbli bıçaqlanaraq öldürüldü - Sinif yoldaşı saxlanıldı

Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən bildirilir ki, 16 sentyabr 2025-ci il tarixində Cəlilabad rayonu Xəlilabad kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

Bu barədə Yenisabah.az-a Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı dərhal Təcili Tibbi Yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib. pizza sifarişi

"Təəssüflə qeyd edirik ki, xəsarət almış məktəbli dünyasını dəyişib.

Hadisə ilə bağlı aidiyyəti üzrə birgə araşdırmalar aparılır.

Məktəblilərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik",- deyə məlumatda vurğulanıb.


Telegram kanalımız
Избранный
11
2
yenisabah.az

4Источники