RU

Vaqif Axundovla bir məqam - Əli Vəliyev yazır

Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi general-polkovnik Vaqif Axundovun 75 illik yubileyidir. Manset.az saytının baş redaktoru Əli Vəliyev V.Axundovla bağlı xatirəsini sosial şəbəkə hesabında paylaşıb.



Həmin paylaşımı təqdim edirik:


"Vaqif Axundovla bağlı bir məqam...
Bu gün Vaqif Axundovun 75 illik yubileyidir. O çox önəmli bir şəxsiyyət, dövlət başçısına sadiq insandır. Az əvvəl zəng edərək təbrik etdim... Onunla bağlı bir məqamı paylaşım... 2010-cu ildə oğlu Muradın toy günü mənə Xeberdar.az saytıma müsahibə vermiş, daha sonra müsahibənin getməməsi üçün xahiş etmişdi. Bir gün sözüm olarsa, ona çəkinmədən zəng etməyimi bildirmişdi. 2019-cu ildə Doğuşun Sankt-Peterburqda konsertini təşkil etmişdim. Konsert 15 Dekabr bazar günü idi. 5-ci gün axşam saat 19:00 da biz yolda düşmək üçün hava limanına getdik. Məlum oldu ki, Rusiya avqust ayından Türkiyə vətəndaşları üçün viza tədbiq edib. Doğuşun da vizası yox idi. Biletlər batdı. Təxminən 10 nəfər. Səhər də 6-cı gün idi səfirlik işləmirdi, konsert də bazar günü idi. Biz Rusiya səfirliyinə getdik. Heç bir kömək etmədilər. Deputat Mixail Zabelin də heç bir köməklik edə bilmədi. Səfir Mixail Doroxin idi. Piterdə bizi müxtəlif şəhərlərdən gələn 1000-dən çox azərbaycanlı gözləyirdi.

6-cı gün günorta saatlarında vəziyyətlə bağlı XDMX-nin rəisi general-polkovnik Vaqif Axundova zəng etdim və məsələni danışdım. O məsələni məruzə edib köməklik edəcəyini bildirdi. Türkiyə səfiri Erkan Özaral da bizimlə idi. Bir qədər sonra zəng olundu və Doğuş barədə sənədləri götürdülər. Artıq axşam saat 6-ya yaxınlaşırdı...

Çox məqamları yazmıram.Budur Rusiya səfiri gəlir və Doğuşa 6-cı gün axşam saat 6-da viza verir. Biz konserti reallaşdırırıq. Bu işin həll olunması heç bir maddiyatla ölçülə bilməzdi. O qədər azərbaycanlının soyuq qış ayında gözləməyinə, kor peşiman geri qayıtmağına imkan vermədi. Əlbəttə, məruzənin kimə edildiyini anladız...

Vaqif müəllim mərd adamdır. Kişi adamdır. Bir daha ona möhkəm can sağlığı arzulayıram. Allah millətini və dövlətini hər şeydən çox sevən Prezidentimizi qorusun!"

Избранный
3
manset.az

1Источники